Bakı. Trend:
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” IIItəsnifat mərhələsində ilk oyununa çıxıb.
Trend-inməlumatına görə, Bakı klubu səfərdə Bolqarıstanın “Levski”komandası ilə qarşılaşıb. Sofiyanın “Georgi Asparuxov” stadionundakeçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi iləyekunlaşıb.
Görüşün yeganə qolunu oyunun əsas vaxtına əlavə olunmuş 8-cidəqiqədə Borislav Rupanov vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-dəBakıda baş tutacaq.