RU

Fransa mediası sülh görüşünə diqqət ÇƏKİR

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan görüşü Fransa telekanallarının, xəbər agentlikləri və portallarının diqqət mərkəzindədir.

Bakıvaxtı.az xəbər verir ki, fransız mətbuatı bu görüşün məqsədinin Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq və sülh sazişinə dair yekun razılaşmanı əldə etmək olduğunu yazır. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Bu sənəd onilliklərdir davam edən Qarabağ münaqişəsinə son qoymağı hədəfləyir. “Bir çox lider müharibəyə son qoymağa çalışdı, ancaq bunu yalnız TRUMP bacardı”, - deyə D.Trampın sosial şəbəkələrdəki sözlərindən sitat gətirilib.

2020-ci və 2023-cü illərdəki hərbi əməliyyatlarla Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə konstitusiya dəyişikliyi ilə Qarabağa dair iddialarından imtina etməyə hazır olduğunu bildirib.

Vaşinqtondakı bu görüşün Cənubi Qafqazda dayanıqlı sülhə və iqtisadi əməkdaşlığa yol açacağı gözlənilir.

Избранный
97
4
bakivaxti.az

10Источники