RU

Trump: "Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh imzalanması üçün mənə qoşulacaqlar"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

ABŞ Prezidenti Donald Trump yazıb ki, avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənsitan ilə rəsmi sülh imzalanma mərasimi olacaq.

O özünün TruthSocial sosial media hesabında yazıb: "Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh imzalanması üçün mənə qoşulacaqlar".

Rəsmi Bakı və Yerevan Trump-ın bu açıqlamasına hələlik reaksiya verməyib.

Prezident Trump bu postunda bildirib ki, o, Əliyev və Paşinyanı Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyir.

Paylaşımını ötürün TikTok
TikTok məzmununa icazə varmı?

Bu məqalədə TikTok məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl TikTok kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, TikTok kanalımızda izləyin.

"Bu iki xalq uzun illərdir ki, minlərlə insanın ölümü ilə nəticələnən müharibə aparır. Bir çox lider müharibəni bitirməyə çalışıb, lakin uğursuz olublar. Indiyədək – "Trump" sayəsində".

O əlavə edib ki, administrasiyası bir müddətdir ki, hər iki tərəflə işləyir.

Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq, iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.

"Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq", - deyə o vurğulayıb.

Trump-ın öz statusunda yekun sülh sazişinin imzalanması, yoxsa onun paraflanmasını nəzərdə tutduğu məlum deyil.

Избранный
31
bbc.com

1Источники