RU

Avstraliya Fələstini dövlət kimi tanıyacaq

Avstraliya sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.

Bakues.az xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Antoni Albaniz deyib.

“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Fransa, Böyük Britaniya və Kanada da Fələstini tanıyacaqlarını bəyan etmişdilər.

Избранный
30
7
icma.az

8Источники