RU

Cinayətdə şübhəli bilinən 75 nəfər SAXLANILDI

Avqustun 9-da və 10-da ölkə ərazisində qeydə alınan 85, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.
 
Избранный
84
49
moderator.az

10Источники