RU

"Siti"nin vingeri Premyer Liqa nəhənginin hədəfində

"Tottenhem" "Mançester Siti"nin braziliyalı hücumçusu Savioya ciddi maraq göstərir.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, klublar danışıqlara başlayıb. 21 yaşlı futbolçunun özü də keçidə qarşı deyil. Bildirilir ki, "mahmızlar"ın baş məşqçisi Tomas Frank Savionun namizədliyini təsdiqləyib və onunla işləmək imkanına görə həyəcanlıdır.

Qeyd edək ki, Savio 21 yaşındadır. O, 2022-ci ildə "Atletiko Mineyro"dan ayrıldıqdan sonra Avropada çıxış edir. Niderlandın PSV və İspaniyanın "Jirona" klublarında oynayıb. Ötən mövsümdə yarımmüdafiəçi "şəhərlilər"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 3 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir.

Избранный
112
38
publika.az

10Источники