ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirəcək danışıqlarından uğurlu nəticə əldə ediləcəyinə əmin deyiləm, lakin sınamaq lazımdır.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News”a bildirib.
"Bəlkə bu işləyəcək. Bəlkə də olmayacaq. Amma cəhd etməyə dəyər", - vitse-prezident Vens deyib.
O əlavə edib ki, görüş barədə razılaşma Amerika diplomatiyası üçün uğurdur. Həmçinin qeyd edib ki, Rusiya və ABŞ prezidentlərinin görüşündən əvvəl Putin və Zelenski arasında danışıqların aparılması ideyasını məhsuldar hesab etmir.
CNN-in məlumatına görə, Ukrayna prezidenti Putin-Tramp danışıqlarının aparıldığı günlərdə Alyaskaya səfər edə bilər. Mənbələr onun sammitdə bəzi tədbirlərdə iştirak edə biləcəyini, ancaq Amerika və Rusiya liderlərinin görüşündən sonra baş tutacağını bildirirlər.
Mürtəza