RU

Analitik: Tramp-Putin razılaşması Ukrayna üçün təhlükəli ola bilər

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ liderlərinin ölkəsinin taleyi və sərhədlərini müzakirə edəcəyi danışıqlarda iştirak etməyəcək. Bu barədə The Financial Times nəşrinin şərhçisi Gideon Rahman yazıb.

Onun sözlərinə görə, Donald Trampın “ərazilərin dəyişdirilməsi” barədə ehtiyatsız bəyanatları Kiyevdə və bütün Avropada narahatlıq yaradıb. Rahman hesab edir ki, qeyri-müəyyən və şöhrətpərəst Tramp, “detallara diqqət yetirən qəddar diktator” kimi xarakterizə etdiyi Vladimir Putinin manipulyasiyalarına asanlıqla uduza bilər.

Analitik vurğulayıb ki, Ukrayna və Avropa üçün ən pis nəticə Tramp və Putinin “ərazi mübadiləsi” barədə razılığa gəlməsi olacaq ki, bu da faktiki olaraq Ukraynanın ərazilərinin əhəmiyyətli hissəsini Rusiyaya birdəfəlik verməsi deməkdir.

//Samir Qurbanov, Editor.az

Избранный
22
46
editor.az

10Источники