RU

Avropa Tramp və Putinin qaydaları ilə oynamayacaq

“Avropa ölkələri Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə həllini, əgər bu, Moskvanın xeyrinə ərazi güzəştlərini nəzərdə tutarsa, dəstəkləməyəcək, çünki bu, Rusiyanın güclənməsinə gətirib çıxara bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.

“Rusiya hakimiyyəti anlamalıdır ki, Qərb, Avropa dövlətləri Rusiyanın şərtlərini qəbul etməyəcək”, – deyə Tusk mətbuat konfransında bildirib.

O, izah edib ki, söhbət Ukraynanın mümkün güzəştlərindən gedir. “Biz Rusiyanın bu müharibədən daha da güclənmiş şəkildə çıxmasına imkan verə bilmərik”, – deyə Tusk vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, Moskva ilə Kiyev arasında ərazilərin mübadiləsi ilə bağlı istənilən müzakirələr Ukraynanın iştirakı olmadan mümkün deyil.

ABŞ prezidenti Donald Tramp 8 avqustda bəyan edib ki, Vaşinqton sülh sazişi variantı təklif edir. Bu variant Kiyevin ərazi güzəştlərini, həmçinin Rusiyanın nəzarəti altında olan bəzi Ukrayna bölgələrinin geri qaytarılmasını nəzərdə tutur. Bununla yanaşı, o vurğulayıb ki, “(Ukrayna prezidenti Vladimir) Zelenski nəyisə imzalamağa hazır olmalıdır”.

Həmin gün Tramp, 15 avqustda Alyaskada keçirilməsi planlaşdırılan görüşdə Rusiya lideri Vladimir Putinlə görüşəcəyinə ümid etdiyini bildirib. Sonradan bu məlumatı Rusiya liderinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, danışıqlar zamanı əsas diqqət Ukraynadakı münaqişənin davamlı və uzunmüddətli həlli variantlarının axtarışına yönələcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
70
50
konkret.az

10Источники