RU

20 il əvvəl qətl törədən azərbaycanlı TUTULDU

Rusiyanın Sankt-Peterburq şəhərinin cinayət-axtarış xidməti 2005-ci ildə bir kişinin ölümü işi üzrə Azərbaycan vətəndaşını saxlayıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, həmin şəxs avqustun 10-da Xudojnikov prospektində tutulub. Əməliyyat məlumatlarında 48 yaşlı, soyadı Məmmədov olan Azərbaycan vətəndaşı barədə məlumat yer alıb.

Qeyd edilib ki, o, 2006-cı ildən federal axtarışdadır. İstintaqın versiyasına görə, 2005-ci ilin aprelində Məmmədov və tanışı Sankt-Peterburqda Moskva-Sortirovoçnaya küçəsində yerləşən yataqxana ərazisində mübahisə ediblər. Nəticədə, əsəbi azərbaycanlı rəqibini bud nahiyəsindən bıçaqla vurub. Zərərçəkmiş xəstəxanada həyatını itirib.

Məmmədov 20 il əvvəl istintaqı başladan şöbəyə aparılıb.

Избранный
23
1
heftelik.az

2Источники