RU

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatdı, açarlar təqdim edildi - YENİLƏNİB + FOTO

Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
 
Moderator.az-ın xəbərinə görə, Xanyurduna çatan 19 ailədən ibarət olan 62 nəfər artıq öz dədə baba torpaqlarında evlə təmin edilib.
 
Açarların verilməsində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqınkomun əməkdaşları iştirak edib.
 
14:56
 
Ağdam rayon Dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
 
Moderator.az-ın xəbərinə görə, 19 ailə olmaqla 62 nəfər artıq öz dədə baba torpağına Xanyurdu kəndində çatıb.
 
Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim ediləcək.
 
14:14
 
Xocalının rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb.
 
Moderator.az xəbər verir ki, rayonun Xanyurdu kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Bu mərhələdə Xanyurdu kəndinə 19 ailə (62 nəfər) köçürülür.
 
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Избранный
64
6
moderator.az

10Источники