“Qalatasaray”ın müdafiəçisi Karlos Kuesta “Spartak”la anlaşmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Rusiya klubu 26 yaşlı kolumbiyalı futbolçunun transferi üçün razılıq əldə edib. Kuesta yaxın günlərdə Moskvaya gedərək komandaya qoşulacaq.
O, əvvəllər “Atletiko Nasional” və “Genk”də oynayıb.