RU

Pezeşkian ağllı davranır - ŞƏRH

İranın dini rejimi nəinki düşmən kimi yanaşdığı Azərbaycanın, özünə müttəfiq saydığı Ermənistanın belə müstəqil olmasını arzulamır

İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbləri geosiyasi, ideoloji, və iqtisadi amillərlə bağlıdır. Xüsusilə İrandakı radikal dairələrin maraqları burada əsas rol oynayır. İranda bəzi qruplar düşünür ki, Zəngəzur dəhlizi açılarsa, Azərbaycanla Naxçıvan arasında birbaşa quru yol yaranarsa, bu, Ermənistanın İranla olan şimal sərhədini zəiflədə və İran-Ermənistan arasındakı ticarət və tranzit əlaqələrinə zərbə vura bilər. Hazırda Azərbaycan-Naxçıvan ticarəti əsasən İran üzərindən gedir. 

Zəngəzur dəhlizi açılsa, İran tranzit ölkə olmaqdan çıxa bilər. İranın Ermənistana ixracı ciddi gəlir gətirir. Dəhliz açılarsa Ermənistan Türkiyə və Azərbaycanla daha sıx əlaqələr quraraq İran asılılığından çıxa bilər. Bununla yanaşı, İrandakı radikal dairələri türk birliyinin güclənməsindən də ehtiyatlanır. Tehran Türkiyə-Azərbaycan əməkdaşlığını özü üçün "təhdid" kimi dəyərləndirir. Önəmli məqamlardan biri odur ki, İranın bəzi radikal çevrələri, xüsusilə fars şovinist dairələr Azərbaycanın qlobal uğurlarının cənubdakı 40 milyon türkün milli kimlik hissini gücləndirəcəyindən də qorxur. İrandakı şovinist dairələr Cənubi Qafqazda Ermənistanı öz strateji "dayaq nöqtəsi" kimi saxlayaraq Azərbaycan-Türkiyə əməkdaşlığını zəiflətmək istəyirlər. Aydın görünür ki, İranın Azərbaycanla gərgin mövqedə dayanması, əslində, sıravi iranlıların mövqeyindən daha çox, radikal dini-siyasi mərkəzlərin öz maraqlarını qoruma strategiyasıdır. Çünki mehriban qonşuluq münasibətləri həmin dairələrin "düşmən" obrazı üzərində qurduqları təbliğatın dağılmasına səbəb olacaq. 


"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a  deyib ki, İran rəhbərliyinini məqsədini və yeritdikləri siyasətin mahiyyətini keçmiş XİN rəhbəri, hazırda dini rəhbərin müşaviri olan Ə.Ə.Vilayəti açıq şəkildə ifadə etdi. Ekspert vurğulayıb ki, Vilayəti kimi bir şəxs İranın xarici siyasətinə rəhbərlik edib və özünü "diplomat" adlandırıb: 

"İrandakı radikallar iddia edirlər ki, guya "ABŞ Zəngəzuru yiyəsiz, sahibsiz gördüyü üçün bölgəyə gəlir". Zəngəzur bölgəsi tarixi Azərbaycan ərazisi olsa da, hazırda indiki Ermənistan Respublikasının sərhədləri daxilindədir. ABŞ də bunun fərqində olaraq Ermənistanla saziş imzalayıb. ABŞ-nin məqsədi qısa müddətdə Zəngəzur dəhlizinin açılması məqsədi ilə investisiya qoymaq, dəmiryolunu, avtomobil yolunu işə salmaq və təhlükəsiz hərəkəti təmin etməkdir. İrandakı bəzi dairələr iddia edirlər ki, Azərbaycana bu dəhliz lazım deyil, çünki İran ərazisindən keçib Naxçıvana gedə bilərlər. Azərbaycana nəyin lazım olub-olmadığını İran rəsmiləri müəyyənləşdirir?! Bu təfəkkürlə İran rəhbərliyi, rəsmilər hara gedirlər? Görün, hansı vəziyyətdir ki, ABŞ-ni, Donald Trampı hədələyirlər. Dəhlizə nəzarət edəcək təhlükəsizlik əməkdaşlarını "muzdlular" adlandırır və bölgənin onlara məzar olacağını deyirlər. Əlsində, bu təhdid və yanaşma İran rejiminin əsl mahiyyətidir. İrana rəhbərlik edən şəxslərin hansı təfəkkürə malik olmasının parlaq görüntüsüdür". 

A.Səmədov əlavə edib ki, İranın dini rejimi nəinki düşmən kimi yanaşdığı Azərbaycanın, özünə müttəfiq saydığı Ermənistanın belə müstəqil olmasını arzulamır:

 "Əgər Tehran rejimi İrəvanın müstəqilliyini istəsəydi, Paşinyanın qərarlarına bu şəkildə etiraz etməzdi. İran nəyinə güvənib, ABŞ-ni, Azərbaycanı hədələyir? Zəngəzur dəhlizinə necə mane olacaq? Biz İranın "möhtəşəm" hərbi gücünün dəfələrlə şahidi olmuşuq. İran prezidenti Məsud Pezeşkianın həmin dairələrə əks mövqedə olması da maraqlıdır. Pezeşkian bu məsələnin şişirdilməməsini istəyir və dolayı yolla İrana dəxli olmadığını vurğulayır. Pezeşkian ağıllı şəxs kimi anlayır ki, bu qərarı vermək Ermənistanın öz suveren hüququdur. Buna müdaxilə etmək yolverilməzdir. Necə olur ki, hər açıqlamada Ermənistanın suverenliyini özünün "qırmızı xətti" görən İran indi İrəvanın müstəqil siyasətini gücləndirəcək addımlarını qəbul etmir. Bu, absurd yanaşmadır". 

Избранный
99
50
sherg.az

10Источники