RU

Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinin olacağına inanır

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsinə dair razılaşmaların olacağına inanır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı deyib. 

“Bəzi mübadilələr, ərazi dəyişiklikləri olacaq. Mən bunu Rusiyadan və hamı ilə söhbətimdən bilirəm”, - Amerika lideri təfərrüatları açıqlamadan bildirib.

Ehtimal edilən ərazi mübadilələrdən danışarkən o, bunun Ukraynanın xeyrinə olduğu fikrini bildirib: “Bu yaxşı bir şeydir, pis deyil”.

Tramp müəyyən edib ki, bəzi əraziləri Ukraynaya qaytarmağa çalışacaq. O, sahilyanı əraziləri ən qiymətli hesab etdiyini də izah edib.

Избранный
71
50
missiya.az

10Источники