RU

Kallas Azərbaycanı Ermənistanla əldə edilmiş razılıqlar münasibətilə təbrik edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.

Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ-nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.

Sherg.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən bildirilib.

Kallas Ermənistan və Azərbaycan arasında tam hüquqlu normallaşmaya dair sazişin həyata keçirilməsinə dəstəyini təklif edib.

Məlumata görə, Avropa diplomatiyasının rəhbəri, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb
Избранный
25
50
sherg.az

10Источники