RU

Renat Dadaşov “Lexiya”ya qarşı 10 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 4-cü turunda “Lexiya” (Qdansk) ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. “Motor” 6 qolun qeydə alındığı bu görüşdən 1 xalla ayrılıb. Renat bu görüşün 80-ci dəqiqəsində meydana buraxılıb.

4 turdan sonra 4 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 3 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk etmişdi. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Избранный
121
3
arena.az

10Источники