RU

Norveçdəki Azərbaycan diaspor təşkilatı yerli hökuməti ədalətli olmağa çağırıb

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Norveç hökumətinə Azərbaycanla bağlı müzakirələr və qərar proseslərində balanslı, ədalətli mövqe sərgiləməyə çağırış edib.

Bu barədə diaspor qurumu bəyanat yayıb.

Belə ki, təşkilatın təsisçisi Ramil Əliyev Norveç hökumətinə Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mövcud vəziyyətlə bağlı bəyanat ünvanlayıb.

O, Şuşa, Xankəndi və Laçın şəhərlərinə səfər etdiyini, həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin şahidi olduğunu vurğulayıb. Uzun illər davam edən erməni işğalı nəticəsində dağıdılan və ciddi ekoloji terrora məruz qalan bu bölgələrdə aparılan işlərin Azərbaycanın sülhə, dayanıqlı inkişafa və regional sabitliyə sadiqliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
76
5
icma.az

9Источники