RU

Netanyahu iranlıları küçələrə çıxmağa çağırdı

BAKI, 13 avqust. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu iranlıları küçələrə çıxmağa və "ölkə elektrik enerjisi və su çatışmazlığı ilə üzləşdiyi üçün öz hökumətlərindən hesabat tələb etməyə" çağırıb.

Teleqraf xəbər verir ki, bu çağırışı o, internetdə yerləşdirilmiş videomüraciətində səsləndirib.

Netanyahu İranda davam edən su çatışmazlığı probleminin ölkənin su anbarlarında suyun səviyyəsinin kəskin şəkildə azalmasına səbəb olduğunu söyləyib.

“Yayın bu amansız istisində uşaqlarınıza içmək üçün təmiz soyuq suyunuz belə yoxdur. Sizə əla xəbərim var: ölkəniz azad olan kimi, İsrailin aparıcı su təchizatı mütəxəssisləri hər bir İran şəhərinə axışaraq özləri ilə qabaqcıl texnologiyalar və nou-hau gətirəcəklər”, - o bildirib.

Netanyahu iranlıları “azadlıq naminə risk etməyə, küçələrə çıxmağa, ailələri və bütün iranlılar üçün daha yaxşı gələcək qurmağa” çağırıb.

Избранный
82
50
teleqraf.com

10Источники