"Neftçi"nin yeni transferi İqor Ribeyro komandaya keçidi haqda yazıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın müdafiəçisi sosial şəbəkə hesabında bu cür paylaşım edib:
"Yeni dövr başlayır. Həm xoşbəxt, həm də motivasiyalıyam.
Daha bir fürsət üçün Allaha şükürlər olsun! Allah bizə rəhm etsin, məqsədimizə birlikdə qovuşaq".
“Neftçi” 28 yaşlı braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Paytaxt təmsilçisi daha öncə Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin, Kenan Piriç və Alessio Kurçini transfer edib.