RU

“Ferensvaroş”un baş məşqçisi “Qarabağ” haqda suala belə cavab verdi

ain.az bildirir, Unikal.az portalına istinadən.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferensvaroş”un (Macarıstan) baş məşqçisi Robbi Kin (Robbie Keane) hələlik yarışın Liqa mərhələsi (qrup mərhələsi) barədə düşünmür.

"Unikal" xəbər verir ki, o, bu barədə 3-cü mərhələnin “Ludoqorets”ə (Bolqarıstan) qarşı cavab matçından (3:0, ilk oyun 0:0) sonra keçirilən mətbuat konfransında bildirib.

45 yaşlı irlandiyalı mütəxəssis qrup mərhələsi və “Qarabağ”la qarşıdakı oyunla bağlı suala cavabda deyib ki, o, indi Macarıstan liqasında bu həftə “Akademiya Puşkas”la görüş haqda düşünür:

“Mən yalnız növbəti oyuna fokuslanıram. Amma uşaqlara dedim ki, əgər bu himni (Çempionlar Liqasının - red.) eşitmək istəyirlərsə, masaya nə qoymaq lazım olduğunu bilsinlər. Hər kəs yaxşı bilir ki, bu səviyyədə hansı uğur üçün mübarizə aparılır. Mən artıq orada oynamışam, necə bir hiss olduğunu bilirəm və istəyirəm ki, onlar da bunu yaşasınlar”.

Qeyd edək ki, "Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
50
unikal.az

10Источники