RU

Paşinyanı nə gözləyir?  - Səhnə arxasında Rusiya dayanır

"Rusiya artıq Nklol Paşinyana qarşı total hücuma keçib. Rusiya mediası və siyasətçiləri xüsusi sifarişlə Paşinyana hücum çəkir, təhqir edirlər. Hətta Paşinyanı xalqın nəzdində qeyri-legitim fiqur kimi dəyərləndirirlər".

Bu barədə politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, Paşinyan və onun komandası bilir ki, müxtəlif dezinformasiyalar Rusiyayönlü erməni mediasında çoxalacaq:

"Ona görə İrəvan hökuməti çağırış edib ki, rəsmi açıqlama olmadan ictimaiyyət heç bir xəbərə etimad göstərməsin. Bəs Paşinyanı nə gözləyir? Ermənistanda Rusiyayönlü qüvvələrin sayı Paşinyanı dəstəkləyənlərdən az deyil. Ermənistan cəmiyyətində Azərbaycanla sülhü dəstəkləyən əksəriyyət var. Heç kəsə sirr deyil ki, erməni anaları növbəti müharibəni qətiyyən istəmirlər və bunu açıq bəyan edirlər. Paşinyanın erməni toplumuna vədləri - sülh, əmin-amanlıq, rifah, qonşularla əməkdaşlıq, iqtisadi yüksəliş, blokadanın aradan qaldırılmasıdır. Paşinyanın çantasındakı vədlər, sülh və real Ermənistan islahatları əhali tərəfindən müsbət qarşılanır, qəbul edilir".

Analitik əlavə edib ki, Paşinyan 2021-ci ildən bu yana ermənilərə sülh vəd edir:

"Paşinyan revanşistlərə, kilsəyə qarşı atdığı addımlarla da bu məsələdə ciddi olduğunu göstərməyə çalışır. Perspektivdə atılacaq addımların nəticəsini erməni toplumu öz üzərində tədricən hiss edəcək”.

Müsahibimiz vurğulayıb ki,  Türkiyə ilə sərhədlərin açılması, sərbəst ticarətin başlaması ermənilərin iqtisadi vəziyyətini, sosial durumunu yüksəldəcək. Dediyinə görə, hazırda ən önəmli məsələ siyasi uğurların erməni cəmiyyətinə həzm etdirilməsidir.

“Seçkilər yaxınlaşdıqca erməni ictimai rəyi uğrunda savaş güclənəcək. Səhnə arxasında Rusiyanın dayandığı bəllidir. Eyni zamanda Kremlin dəstəklədiyi, maliyyələşdirdiyi casus şəbəkəsi "Qarabağ klanı" da meydandadır. Paşinyan ilk növbədə bu təhlükəni aradan qaldırmalıdır", - deyə Natiq Miri əlavə edib.

Aydın Baxış

Избранный
66
20
bakivaxti.az

10Источники