RU

"Əsas məqsədimiz aşağı liqa zonasından uzaq qalmaqdır" - "İmişli"nin baş məşqçisi

style='margin-bottom:10px;'>

“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.

QOL.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında qarşıdakı hədəflərindən danışıb: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək və aşağı liqa zonasından uzaq qalmaqdır”.

Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasının ilk turunda “Turan Tovuz”la qarşılaşacaq. Oyun avqustun 16-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Избранный
31
4
teleqraf.com

8Источники