RU

ABŞ-da keçən əsrin uşağı doğuldu

ABŞ-da “ən yaşlı körpə” dünyaya gəlib. O, 30 ildən çox müddət əvvəl dondurulmuş embriondan doğulub.

Bizim.Media xəbər verir ki, bu barədə 808.media saytı yazıb.

Mənbə qeyd edir ki, 1994-cü ildə amerikalı Linda Arçerd süni mayalanma (EKO) prosedurundan keçərək dörd embrion əldə edib: onlardan biri dərhal istifadə olunub, digər üçü isə dondurularaq saxlanılıb. Hər il qadın onların saxlanılması üçün 1000 dollar ödəyib, lakin yenidən uşaq dünyaya gətirməyə qərar verməyib.

Nəticədə, o, rekord müddət ərzində saxlanılmış embrionları övladlığa götürülmək üçün verib və həmin embrionlardan biri sayəsində bu günlərdə sağlam bir oğlan uşağı dünyaya gəlib.

Bizim.Media

Избранный
40
5
bizim.media

10Источники