RU

Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır, lakin bir şərtlə — Politico

ABŞ prezidenti Donald Tramp Ukraynaya müəyyən şərtlər daxilində təhlükəsizlik zəmanətləri təqdim etməyə hazır olduğunu bəyan edib. Vətəninfo.az xəbər verir ki. bu barədə Politico nəşri məlumat yayıb və iddia edib ki, Tramp bu fikrini çərşənbə günü Avropa və Ukrayna liderləri ilə keçirdiyi virtual görüş zamanı səsləndirib.

Lakin nəşrin məlumatına görə, Trampın nəzərdə tutduğu zəmanətlər NATO çərçivəsində olmayacaq.

“Üç mənbə — Avropa diplomatı, Britaniya rəsmisi və telefon danışığı barədə məlumatlı şəxs — bildiriblər ki, Tramp ABŞ-ın Ukraynaya gələcəkdə Rusiya tərəfindən mümkün təcavüzün qarşısını almaq üçün müəyyən təhlükəsizlik mexanizmləri təklif etməyə hazır olduğunu deyib. Amma bu, yalnız o halda baş verəcək ki, sözügedən təşəbbüslər NATO çərçivəsində həyata keçirilməsin”, — deyə Politico yazır.

Bununla belə, mənbələrin sözlərinə görə, Tramp “təhlükəsizlik zəmanətləri” ifadəsi ilə konkret nəyi nəzərdə tutduğunu dəqiq izah etməyib, sadəcə bu mövzu ətrafında ümumi konsepsiyalardan danışıb.

Britaniya rəsmisinin məlumatına görə, Tramp ABŞ-ın Ukraynaya veriləcək zəmanətlərin müharibənin yekun nizamlanmasının bir hissəsi olmalı olduğunu qəbul edib və bu prosesdə ABŞ-ın rolunu vurğulayıb.

Bu mövqe, Ukrayna və Avropanın əsas tələblərindən biri sayılan təhlükəsizlik zəmanətlərinə Trampın açıq yanaşmasının səbəbini izah edir. Məhz bu səbəbdən, Avropa rəsmiləri Tramp-Putin görüşü öncəsi ehtiyatlı optimizm ifadə ediblər.

Bununla belə, Politico qeyd edir ki, Tramp təhlükəsizlik zəmanətləri fonunda ABŞ-ın Ukraynaya birbaşa hərbi yardım — nə silah, nə də qoşun göndərməyəcəyini aydın şəkildə bəyan edib. Bunun əvəzinə, o, Avropa ölkələrinə ABŞ silahlarının satılacağını və bu silahların Ukraynada istifadə edilə biləcəyini bildirib.

Lakin bu təchizatların məhdud olacağı və daha güclü dəstək gözləyən Ukraynanın tərəfdarlarını məyus edəcəyi qeyd olunur.

ABŞ–Rusiya danışıqları və gözləntilər

Daha əvvəl The Wall Street Journal yazmışdı ki, Trampın cümə günü Alyaskada Vladimir Putinlə keçirəcəyi görüşdə ərazi məsələlərini müzakirə etmək niyyəti yoxdur. Onun əsas məqsədi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır.

Bununla belə, The Telegraph nəşri ehtimal edir ki, Tramp sülh müqabilində Putinə Alyaska və Donbasdakı resurslara çıxış təklif edə bilər.

Digər tərəfdən, ABŞ vitse-prezidenti Cey-Di Vens Ukrayna prezidenti Volodimir Zelenskiyə və Avropalı müttəfiqlərə Vaşinqtonun Rusiya ilə heç bir sülh danışıqlarını Ukrayna və ya Avropa olmadan aparmayacağına dair təminat verib.

Избранный
99
50
veteninfo.az

10Источники