Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, 2025-ci il iyulun 2-də Bakıda imzalanmış saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmin edəcək.
Bundan əlavə, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlandığı barədə Özbəkistan tərəfinə bildiriş göndərəcək.