Bakı. Trend:
Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadşəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsredilmiş hərbi parad keçirilib.
Trendxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Paradı Pakistanın siyasi və hərbi rəhbərliyi iləyanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik KərimVəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi vəhərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmiqonaqlar izləyiblər.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştiraketdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyətitəmsil edib.