RU

Cəlilabadda bələdiyyə fəaliyyətinin genişləndirilməsi mövzusunda təlim keçirildi - FOTOLAR

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihəsinin növbəti tədbiri 2025 ci il 05 avqust tarixində Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin zalında keçirildi.

Tədbirdə KOBİA nən nümayəndəsi Mirzəyev Sabir və Üçtəpə Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev iştirak edirdilər.

Tədbirdə 23 nəfər iştirak etdi.İştirakçılar əsasən Cəlilabad rayon bələdiyyə nümayəndələrindən ibarət idi. Təlimi cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardı.

Layihənin 2 –ci mərhələsi tədbirin 1-ci mərhələsinin qısa xülasəsi –iştirakçıların iştirakı ilə başladı. Sonra 1-ci mərhələnin sonunda evə verilən tapşırıqların təqdimatı ilə davam etdi. 4 layihənin təqdimatı qrup tərəfindən müsbət qarşılandı.

Aşağıdakı mövzularla bağlı təlimçi Əntiqə Qurbanova geniş məlumat verdi.

 sosial problemlərin həllinə əhalinin cəlb edilməsi,

Insan haqlarının, xüsusən, qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması(qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə köməklik edəcəklər).

Sonra iştirakçılar geniş müzakirələr apardılar və onlar bu sahədə öz təcrübələrini də paylaşdılar . Qadın bələdiyyə sərdlərinə bələdiyyələrdə qadın otqalarının yaradılması tövsiyyə olundu. Onlara məişət qurbanlarına necə kömək edə bilmələri haqda da məlumat verildi. İzah edildi ki, Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun, məişət zorakılığının fiziki, psixi, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur. 

Kiçik qruplarda iş-- donorlar niyə sizə maliyyə vəsaiti verməlidir (sualı). 

İştirakçılar 4 qrupa bölündülər. 

İştirakçılar bələdiyyə, fond, yerli sahibkarlardan ibarət qruplara bölündülər.

Təlimçi izahat verdi. “Hər qrupun üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə quracaq və onları öz ideyalarına necə inandırıb, ideyalarını necə sata biləcəklər”.

Qrup üzvləri birlikdə işlədilər və hər qrupdan bir nəfər və sahibkar və ya fond rəhbəri birlikdə təqdimat etdilər.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil edildi.

"Cebheinfo.az" 

Избранный
4
6
cebheinfo.az

10Источники