Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına şərhində bəyan edib ki, Moskva Alyaskada keçiriləcək Rusiya-Amerika danışıqlarında öz aydın mövqeyini ortaya qoyacaq.
“Biz əvvəlcədən heç nə planlaşdırmırıq. Bilirik ki, arqumentlərimiz, aydın və anlaşılan mövqeyimiz mövcuddur. Stiven Uitkoffun səfərləri zamanı burada çox işlər görülüb. Prezident artıq bu barədə danışıb. Uitkoff Prezident Donald Trampın adından danışıb. Ümid edirik ki, bu çox faydalı söhbəti bu gün də davam etdirəcəyik”, - rusiyalı nazir vurğulayıb.
Mətləb