Moskva Alyaskada keçiriləcək Rusiya-Amerika danışıqlarında öz aydın mövqeyini ortaya qoyacaq və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun səfərləri zamanı bu məqsədlə artıq çox işlər görülüb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına şərhində bildirib
“Biz əvvəlcədən heç nə planlaşdırmırıq. Biz bilirik ki, arqumentlərimiz, aydın və anlaşılan mövqeyimiz mövcuddur. Stiven Uitkoffun səfərləri zamanı burada çox işlər görülüb. Prezident artıq bu barədə danışıb. Uitkoff prezident Donald Trampın adından danışıb. Ümid edirik ki, bu çox faydalı söhbəti bu gün də davam etdirəcəyik”, - nazir vurğulayıb.
"Cebheinfo.az"