RU

“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 22-ciBeynəlxalq Biznes Mükafatları (“International Business Awards®”)müsabiqəsində “İlin şirkəti” nominasiyasında “Gold Stevie”mükafatına layiq görülüb. Bank, bu dünyaca nüfuzlu mükafatı 2025-ciildə qazanan ilk Azərbaycan bankı oldu.

Qaliblər bu il may–iyul ayları ərzində “Stevie Awards” təşkilatıtərəfindən keçirilən müsabiqənin münsifləri kimi çıxış edən dünyaüzrə 250-dən çox beynəlxalq miqyaslı ekspertin və iri şirkətrəhbərinin ortaq qiymətləndirməsinə əsaslanaraq müəyyən edilib.Strateji inkişaf yanaşması, beynəlxalq standartlara uyğun idarəetməprinsipləri, rəqəmsal transformasiya istiqamətində atdığı addımlar,müştəri məmnuniyyətini yüksəltməyə yönəlmiş tədbirlər və sosialməsuliyyət layihələrinə verdiyi mühüm töhfələr “PAŞA Bankı" bunominasiyada fərqləndirən əsas amillər olub.

“PAŞA Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoruCavid Quliyevin sözlərinə görə, bu mükafat Bankın illər ərzindəhəyata keçirdiyi məqsədyönlü strategiyanın beynəlxalq arenadatəsdiqi kimi dəyərləndirilir.

“Qeyd etməliyəm ki, bu dəfə Azərbaycanı təmsil edən şirkətlərarasında bu mükafata layiq görülən ilk bank məhz “PAŞA Bank” oldu.Bu uğur, ölkə və regionda lider mövqeyimizi möhkəmləndirməkləyanaşı, sahibkarların inkişafına dəstək göstərmək, kreditportfelimizin keyfiyyətini artırmaq və Azərbaycan biznesininbeynəlxalq arenada tanınmasına töhfə vermək istiqamətindəapardığımız ardıcıl işlərin nəticəsidir,” – deyə Cavid Quliyevbildirib.

Son illərdə mühüm nailiyyətlər qazanan “PAŞA Bank”müştəriyönümlü yanaşması və rəqəmsal həllərə əsaslanan inkişafstrategiyası ilə fərqlənir. 2025-ci ilin “CustomerFirst” ili elanolunması da bu istiqamətin strateji şəkildə davam etdirildiyinigöstərir. Bankın rəqəmsal imkanları üzərində qurulan çevik vəetibarlı maliyyə həlləri qeyri-neft sektorunun inkişafına mühümdəstək verir.

30 iyun 2025-ci il tarixinə Bankın ümumi kredit portfelinin85%-i məhz qeyri-neft sektoruna yönəldilməklə 3,28 milyard AZN,cəmi kapitalı 954 milyon AZN, cəmi aktivləri isə 8,97 milyard AZNtəşkil edib.

Beynəlxalq Biznes Mükafatları və qaliblərin tam siyahısıhaqqında daha ətraflı məlumatı www.StevieAwards.com/IBA saytından əldə etmək mümkündür.

2002-ci ildə ABŞ-da yaradılmış “Stevie Awards” təşkilatıtərəfindən keçirilən Beynəlxalq Biznes Mükafatları dünyanın biznessahəsində ən nüfuzlu qlobal mükafat proqramı hesab olunur. Hər ildövlət və özəl sektor, kommersiya və qeyri-kommersiya təşkilatları,kiçik və böyük şirkətlər daxil olmaqla bütün dünyadan iştirakçılarbu mükafat uğrunda mübarizə aparır. Bu il müsabiqəyə ümumilikdə3,800-dən çox müraciət daxil olub.

Qeyd edək ki, mükafatlar 10 oktyabr 2025-ci il tarixindəPortuqaliyanın Lissabon şəhərində keçiriləcək təntənəli mərasimdətəqdim olunacaq.

Məqalədə:
Избранный
18
49
az.trend.az

10Источники