Rusiya və İran bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzərində fəal işləyir.
Sitat.info İSNA-ya istinadən xəbər verir ki, bununla bağlı, Rusiyanın baş naziri Mixail Mişustin Qırğızıstanda keçirilən Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurası çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə görüşündə açıqlama verib.
Mişustin qeyd edib ki, Rusiya və İran arasında ticarət-iqtisadi əməkdaşlığı uğurla inkişaf edir. O, habelə vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında 2023-cü ilin dekabrında imzalanmış azad ticarət sazişi qarşılıqlı ticarət dövriyyəsinin artmasına və birgə iqtisadi layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Vaşinqton görüşündə Zəngəzur dəhlizinin ABŞ-nın nəzarətində açılması ilə bağlı əldə olunan razılaşmadan sonra İranla Rusiya arasında beynəlxalq kommunikasiyalarla bağlı əməkdaşlıq güclənib.
Nigar,
Sitat.info