RU

Lənkəranda çay fabriklərindən birində lift qırılıb, işçi xəsarət alıb

Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov ilkin ehtimala görə müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
43
18
operativmm.az

10Источники