RU

"Zəngəzur dəhlizinin sosial-iqtisadi əhəmiyyəti beynəlxalq səviyyədə müzakirə olunub" - İradə Rizazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, 2024-cü ildə təşkilat tərəfindən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Zəngəzur dəhlizinin açılmasının sosial və iqtisadi təsirlərinə həsr olunmuş "Zəngəzur dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi" adlı beynəlxalq konfrans həyata keçirilib.

QHT sədrinin sözlərinə görə, layihə çərçivəsində sosioloq, politoloq və iqtisadçılardan ibarət ekspert qrupu ilə əməkdaşlıq edilib və beynəlxalq konfrans təşkil olunub:

"Konfransda Türkmənistan, Tacikistan, Özbəkistan, Türkiyə, Rusiya və Qazaxıstandan nümayəndələr iştirak edərək dəhlizin region ölkələri üçün əhəmiyyətini müzakirə ediblər. İradə Rizazadənin sözlərinə görə, Zəngəzur dəhlizi Asiya və Avropanı birləşdirən mühüm orta dəhliz kimi, yol üzərində yerləşən dövlətlərin sosial və iqtisadi inkişafına ciddi töhfə verəcək.Təşkilat bu mövzunu beynəlxalq arenada da təqdim edib. Türkmənistanda keçirilən BMT tədbirində İB-nin xanım müavini çıxış edərək, xüsusilə dənizə çıxışı olmayan ölkələr üçün dəhlizin iqtisadi və sosial rifahın artırılmasında oynadığı rolu vurğulayıb".

 

Pərvanə Fərhadqızı

Избранный
48
49
qht.az

10Источники