RU

Yunanıstanda yanğınların əksəriyyəti söndürülüb, amma risk hələ də yüksəkdir - ÖZƏL

Yunanıstan yanğınsöndürmə xidməti son günlər ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının böyük hissəsini nəzarət altına alıb. Olaylar.az xəbər verir ki, lakin Ekathimerini-nin məlumatına görə, cümə günü üçün yanğın riski çox yüksək olaraq qalır.
Xios adasında Leptopoda və Kampia kəndləri arasındakı yanğın ocağı bu səhər də aktivdir. Halkidikidə isə cümə axşamı saat 20:30 radələrində Stratoni kəndi yaxınlığındakı meşəlik ərazidə başlayan yanğın yaşayış yerlərinə təhlükə yaratmasa da, qismən söndürülüb. Yanğının söndürülməsinə 60 yanğınsöndürən və 20 texnika cəlb olunub. Axaia bölgəsində vəziyyətin sabitləşdiyi bildirilir. Dünən baş verən yanğınla bağlı iki nəfər saxlanılıb. Patras şəhərinin Sychaina ərazisindəki yanğın tam söndürülüb. Buna baxmayaraq, ərazidə 256 nəfərlik yanğınsöndürmə qüvvəsi ehtiyatda saxlanılır.
Bu gün yanğın riski Attika, Peloponnes, Mərkəzi Yunanıstan, Thessaliya, Mərkəzi və Şərqi Makedoniya, Trakiya, eləcə də Şimal və Cənub Egey bölgələrində yüksək olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
36
olaylar.az

10Источники