RU

“Növbəti dəfə Moskvada” Putin Trampı Moskvaya dəvət etdi

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinlə sammitin yekunlarına dair mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə ən qısa bir vaxtda görüşə ümid etdiyini bildirib.

Yeniavaz.com xəbər verir ki, buna cavab olaraq Putin Trampa ingilis dilində təbəssümlə: “Next time in Moscow (Növbəti dəfə Moskvada)”, - deyə cavab verib.

Öz növbəsində, Tramp dəvətə cavab olaraq, bunun mümkün olduğunu bildirib.

Qeyd edək ki, avqustun 15-də Tramp və Putin Alyaskada sammit keçiriblər. Danışıqların keçirilmə yeri  Ankoricdəki Elmendorf-Riçardson Birgə Baza olub.

Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışı olub.

Bağlı qapılar arxasında keçirilən görüş üç saatdan çox davam edib.

Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Tramp və Putin danışıqların konstruktiv və qarşılıqlı hörmət şəraitində keçdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
34
yeniavaz.com

10Источники