Lent az saytına istinadən ain.az xəbər verir.
“Barselona” qapıçı Joan Qarsiyanı qeydiyyatdan keçirib.
Lent.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytında məlumat verilib.
24 yaşlı ispaniyalı futbolçu avqustun 16-da keçiriləcək 1-ci turda “Mayorka”ya qarşı oyunda iştirak edə biləcək.
Qarsiya 2025-ci ilin yayında “Barselona”ya qoşulub. Ötən mövsümdə o, “Espanyol”un heyətində bütün turnirlərdə 38 oyun keçirib, 51 qol buraxıb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.