RU

ABŞ məsuliyyəti yalnız Avropanın üzərinə qoymur

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Avropa ölkələri ilə birlikdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır.

Bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.

Kansler vurğulayıb ki, “ABŞ bu cür təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır və məsuliyyəti yalnız avropalıların üzərinə qoymur”.

O həmçinin qeyd edib ki, avropalılar da uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verməlidirlər.

Merts əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin, Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş mümkün qədər tez keçirilməlidir.

Xatırladaq ki, avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında Prezidentlər Putin və Tramp arasında görüş baş tutub.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
114
32
azpost.info

10Источники