RU

Narazı qaldığım məqam yoxdur Samir Abasov

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 1-ci turunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Rza Cəfərovun oyunçular siyahısında olmamasının səbəbi nədir? 

- Rza iki gün bundan öncə məşqdə zədə aldı. Ona görə də bu gün yox idi. 

- Komandanın oyununda yeniliklər olacaq? "Neftçi"nin sanki ötən mövsüm qaldığı yerdən davam edir. 

- Bu qədər dəyişiklik keçirən komanda üçün, əlbəttə, çətin olacaq. Amma buna baxmayaraq, futbolçularımın göstərdiyi oyundan tam razıyam. Sona kimi qalib gəlmək istəyirdilər. Matçın sonuna kimi vuruşurdular və çalışırdılar nəyisə etsinlər. İkinci hissədə rəqib müdafiəyə üstünlük verdi. Bundan sonra da bizim bir neçə fürsətlərimiz oldu. Düşünürəm ki, futbolçularım yaxşı oyun göstərdilər. Amma birinci oyunun və yeni gəlmiş oyunçuların çətinliyini anlamalıyıq. Bu, adaptasiya deyil, sadəcə bir-biriləri ilə oynamayıblar və tam anlamırlar. Bunun üçün oyunlar lazımdır. Düşünürəm ki, bu cür oyunlarla və qələbələrlə biz daha da yaxşı olacağıq. Buna əminəm. Bu gün göstərdikləri oyun, əzm və qələbə istəyi bunu göstərdi. Bunun üçün futbolçularımıza təşəkkür edirəm. 

- Nədən narazı qaldınız?

- Narazı qaldığım məqam yoxdur. Ola bilər ki, mütəxəssislər və ya azarkeşlər bu görüşü analiz etdikdə hansısa futbolçunun oyundan qopduğunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından... Əfsuslar olsun ki, sağ və sol vingerlərin məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı oyuna bir cür hazırlaşırsan, amma 2-3 oyunçunun birdən heyətdə olmaması planları pozur. Digər məsələlərdə isə heç kəsə narazılıq yoxdur. 

- Kenan Piriçin qol buraxdığı epizoda görə irad bildirdiniz?

- Düşünürəm ki, oyundan sonra uyğun vaxt deyil ki, irad bildirəsən. Bunun vaxt, təhlillər və köməkçilərim var. O, təcrübəli futbolçudur. Özü yaxşı və pisi bilir. 

- Bir neçə gün əvvəl demişdişdiniz ki, hansı boşluqlar olduğunu desəm, menecerlər təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?

- Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım. Birinci oyun idi və istək var idi. 

- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur. Rzanın "Neftçi"dəki gələcəyi ilə bağlı fikirləriniz nədir?

- Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var. "Neftçi" üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Xatırlayırsınızsa, bu komandaya gələndə dedim ki, kapitan məsələsi ilə bağlı nə qədər söz-söhbət var idi. Rzanı təyin etdim, bu söhbətlər sakitləşsin və təzyiq götürülsün. Kapitan məsələsi bir kənara qoyulmasını, futbolumuzun danışılmasını istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. İndi "Neftçi"nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydandan kənar etdiyi işlərdən çox şey asılıdır. Bəzən olur ki, oyunçu meydana çıxmır, amma vitse-kapitan olur. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza isə digər futbolçular kimi bizim üçün dəyərlidir. 

- İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?

- İnşallah, edəcək. Məqsəd qoymuşuq. Avrokuboklarda oynamaq istəyirik. Bizim artıq beynimizdə sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyiniz hallar baş verir ki, sıradan çıxır bəzi oyunçular. Xeyrini də görəcəyik.

- Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yox idi iştirak ərizəsində. Bu, onu göstərir ki, onları gözdən çıxarmısınız?

- Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan verəcəyik. Onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq.

- "Neftçi" büdcə və heyəti baxımından "Şamaxı"dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit "Qarabağ" var. İddialıların sayı çoxalıb. Sizcə, "Şamaxı" ilə heç-heçəyə razılaşan "Neftçi" digər güclülərlə bacaracaq? Gücünüz var?

- Əlbəttə, müqavimət göstərməyə gücümüz, yaxşı komandamız var. Udmaq əzmi ilə meydana çıxırlar. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək. 

- İlk turda ikinci hissədə topa nəzarət "Neftçi"də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsınız?

- Hansısa problem üzə çıxırsa, dərhal hansısa oyunçunu gətirməliyik deyə, bir şey yoxdur. Bu problemlər sezildi. Amma çox sıx oynayan komandaya qarşı yenə də epizod yaratdıq. Qola çevirmək lazım idi. Çalışacağıq ki, bunları da düzəldək. Biz ilk hissədə qol vursaydıq, fikrimcə, oyun tam başqa məcrada keçəcəkdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
48
qol.az

10Источники