RU

Ukrayna Ordusu irəlilədi

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Şimali Slobojansk istiqamətində müəyyən ərazilərdə irəliləyişi 1 km-dən 2,5 km-ə qədərdir.

Hakimiyyet.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, cəbhənin bu hissəsində Ukrayna hərbçiləri Rusiya qüvvələrinin bölmələrinin məhvi və əhalinin məskunlaşdığı ərazilərin azad olunması istiqamətində aktiv əməliyyatları davam etdirir.

"Rusiya işğalçılarının maddi-texniki təminatı, təxliyyəsi və bölmələrinin gücləndirilməsinin qarşısını almaq üçün müəyyən yerlərdə düşmənə davamlı atəş zərbələri zonaları saxlanılır", - məlumatda deyilir.

Sumı vilayətinin Alekseyevka və Yunakovka ərazilərində aktiv əməliyyatların aparıldığı vurğulanır.

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Silahlı Qüvvələri artıq ikinci gündür Donetsk vilayətinin Dobropolya və Pokrovsk yaxınlığındakı ərazilərdə irəliləyir.

Избранный
101
50
hakimiyyet.az

10Источники