RU

Boris Conson: Alyaskadakı Tramp–Putin sammiti diplomatiyanın ən iyrənc epizodu idi

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Daily Mail qəzetində dərc olunan köşəsində Alyaskada keçirilən Tramp–Putin sammitini sərt tənqid edib.

"Ölkə.az" xəbər verir ki, O, bu görüşü diplomatiya tarixində “ən iyrənc epizod” adlandıraraq qeyd edib ki, sammit həm siyasi, həm də mənəvi baxımdan utancverici mənzərə yaratdı.

Conson yazır ki, ABŞ torpağında Putinin qırmızı xalça ilə qarşılanması və Trampın onu öz limuzininə dəvət etməsi “iyrənc mənzərə” idi. Onun sözlərinə görə, diplomatiya tarixində belə zövqsüz və qusurdurucu bir epizod indiyə qədər müşahidə edilməyib. Conson sammiti “şokedici” hadisə adlandıraraq bildirib ki, bu görüş Putinə ABŞ meydanında Ukrayna müharibəsi ilə bağlı bütün yalanlarını səsləndirmək üçün imkan verdi.

220412085815_boris_johnson_0407_1739116516.jpg (197 KB)

Boris Conson sammit zamanı Putinin davranışlarına da diqqət çəkib. O qeyd edib ki, Rusiya lideri bir tərəfdən Trampa yaltaqlanır, digər tərəfdən isə onu gizlincə alçaltmağa çalışırdı. Conson Putin-i açıq şəkildə diktator və hərbi cinayətkar adlandırıb, onun yalançılığını və aqressiyasını Adolf Hitlerlə müqayisə edib.

Sabiq baş nazirin sözlərinə görə, şəxsi münasibətləri yaxşı olsa da, Donald Tramp riskli, amma doğru addım ataraq Putinlə görüşməyə cəsarət göstərdi. Conson hesab edir ki, Alyaskadakı sammit Trampı reallıqla üz-üzə qoydu və indi aydın oldu ki, Putin Ukraynanı öz vassal dövlətinə çevirmək niyyətindədir.

O əlavə edib ki, bir gün Putin həqiqətən razılaşma imzalamağa məcbur olacaq, lakin hələlik onun bütün davranışları dünyanı daha böyük təhlükəyə aparır. Consonun fikrincə, Alyaska sammiti beynəlxalq ictimaiyyətə Putin-in əsl niyyətini bir daha açıq şəkildə göstərdi və bu, gələcək diplomatik addımlar üçün mühüm siqnal oldu.(Musavat.com)

Избранный
11
50
olke.az

10Источники