RU

Putinin bütün ŞƏRTLƏRİ bəlli oldu: Müharibənin bitməsi üçün...

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsini bitirmək üçün bütün tələbləri məlum olub.

Publika.az xəbər verir ki, tələblərin siyahısını "Reuters" mənbələrə istinadən dərc edib.

Məlumata görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən çıxarılması və Ukraynada rus dilinin rəsmi dil kimi tanınması da daxil olmaqla, konkret tələblər siyahısını irəli sürüb.

Mətndən görünür ki, Rusiyanın təklifi tam sülh razılaşmasına qədər müvəqqəti atəşkəsi istisna edir. Bu da Ukrayna lideri Volodimir Zelenskinin əsas tələblərindən birini heçə saymaqdır.

Kiyev Xerson və Zaporojyedə cəbhə xəttini dondurmaq vədləri müqabilində Donbas ərazisindən qoşunlarını tamamilə çıxarmalıdır. Moskva isə Sumı və Xarkov vilayətlərində “nisbətən kiçik ərazilərdən” imtina etməyə hazırdır.

Moskva, həmçinin Krım üzərində suverenliyin “formal tanınmasını” və sanksiyaların qismən götürülməsini tələb edir.

Избранный
72
11
publika.az

10Источники