Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş Avropada keçirilə bilər.
Operativ Media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz RTL və NTV telekanallarına müsahibəsində deyib.
“Hələlik vaxt və yer müəyyən edilməyib. Ola bilsin ki, bu cür müzakirələrin müntəzəm olaraq aparılacağı bir məkan olacaq. Biz Avropanın belə bir yer ola biləcəyini təklif etmişik", - deyə o qeyd edib.
O əlavə edib: “Ancaq bunlar yalnız yaxın günlərdə, bəlkə də yaxın həftələrdə aydınlaşdırılacaq konkret məsələlərdir.”
Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Görüş üç saatdan çox davam edib və format dəyişikliyinə də yer verilib: əsas danışıqlara gedən yolda Amerika liderinin limuzinində təkbətək söhbət, eləcə də dar formatda “üçün-üçə” müzakirələr aparılıb. Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, Amerika tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər.