NATO-nun baş katibi Mark Rütte avqustun 18-də Ağ Ev rəhbəri Donald Trampla keçiriləcək danışıqlarda Vladimir Zelenskiyə dəstək olmaq üçün ABŞ-a səfər edə bilər.
“7Times.az” xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Avropa liderləri Zelenskinin fevralın 28-də Oval kabinetdə Trampla fəlakətli ilk görüşünün təkrarlanmasından qorxurlar. Odur ki, Nəşrin məlumatına görə, Trampla yaxın münasibətdə olan Rütte Ukraynaya dəstək üçün avqustun 18-də Vaşinqtona gedə bilər.
“Politico” daha əvvəl bildirib ki, avropalılar Finlandiya prezidenti Aleksandr Stubbı Zelenski ilə Tramp arasında görüş üçün ABŞ-a göndərmək istəyirlər.
“İl Fatto Quotidiano” qəzeti də bildirib ki, İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də baş tutacaq görüş üçün Vaşinqtona gedə bilər.