RU

"Samsunspor" “Panatinaikos”la matçda geyinəcəyi formanı açıqladı - Atatürk problemi

Samsunspor “Panatinaikos”la oyuna qırmızı-ağ formada çıxacaq

Fanat.Az xəbər verir ki, Samsunspor prezidenti Yüksel Yıldırım Yunanıstanda “Panathinaikos”la keçiriləcək oyun öncəsi açıqlama verib. Klub rəhbəri matça qırmızı-ağ formada çıxacaqlarını təsdiqləyib.

Bu barədə məlumatı "Beyaz Futbol" yayıb.

Yıldırım həmçinin bildirilib ki, bu oyunun gərginliyə səbəb olmaması üçün hər kəsin sakit qalması vacibdir:

“Panathinaikos ilə Afinada oynayacağımız matça qırmızı-ağ formada çıxacağıq. Ortamı gərməyə gərək yoxdur.”

Qeyd edək ki, "Samsunspor"un səfər formasında Atatürkün şəkli olduğu üçün "Panatinaikos" buna qarşı çıxmışdı.

Kamil Xudiyev

 

Избранный
34
fanat.az

1Источники