RU

“Zelenski istəsə, Rusiya ilə müharibəyə dərhal son qoya bilər” – Tramp


ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal müharibəyə son qoya biləcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“Ukrayna Prezidenti Zelenski istəsə, Rusiya ilə müharibəyə, demək olar ki, dərhal son qoya bilər, ya da döyüşməyə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Obama Krımı Rusiyaya vermişdi (12 il əvvəl, bir güllə belə atılmadan!), bunu artıq geri qaytarmaq mümkün deyil və Ukrayna NATO-ya daxil ola bilməz. Bəzi şeylər heç vaxt dəyişmir”, - deyə ABŞ lideri bildirib.
Избранный
66
50
yeniavaz.com

10Источники