RU

Tramp Zelenskiyə təsir edə bilməyəcək- ÖZƏL

Heç şübhə yoxdur ki, Vladimir Putinin Alyaskada Donald Trumpla görüşü nə Ukraynada müharibəni dayandırmaq, nə də dediyi kimi, sülh yaratmaq məqsədi daşıyırdı. Vladimir Putin Alyaskadakı görüşü Donald Trumpı yumşaltmaq və ABŞ-Rusiya münasibətlərində müəyyən qədər güzəştlərə nail olmaq üçün fürsət bilirdi. Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Görüş və danışıqlar da formal xarakterli idi.

Əvvəla, əgər rəsmi Kreml Ukraynada başladığı müharibəni bitirmək istəyirsə, həm döyüş aktivliyini azaldar və həm də  də diplomatik kanallarla hərəkətə keçərdi. Putin Ukraynada işğalını daha genişləndirə bilsə də, əhəmiyyətli hərbi uğurlar qazansa da, yenə də müharibəni dayandlrmayacaq. Putin timsalında Rusiya Ukrayna müharibəsini bütünlüklə SSR-nin və imperiya nüfuzunun bərpası üçün həlledici mərhələ və proses hesab edir. Putin nəinki Alyaska görüşündə, digər platformalarda belə, üçtərəfli formatda Ukrayna prezidenti Zelenskinun iştirakına imkan vermir, onun legitimluyini qəbul etmir. Təbii ki, Putin formal və nəticəsiz danışıqlara getməklə, özünü danışıqlar aparan tərəf kimi təqdim etmək istəyir.

Qaldı ki, Donald Trampın Ukraynaya, Zelenskiyə təsir imkanlarına, sözsüz ki, Donald Trumpın artlq imkanları məhduddur. Birincisi, Donald Trump ABŞ üçün Ukraynadan təbii ehtiyatlarla bağlı müqaviləni artıq əldə edib. İkincisi, Ukraynaya verilən silahların ödənişini isə Avropa İttifaqının üzərinə yükləyib. Üçüncüsü, Alyaskada görüş ərəfəsində Avropa İttifaqının bütövlükdə Ukraynaya dəstək nümayiş etdirməsi və müttəfiqlərin açıq mövqe ortaya qoyması Donald Trumpın təkbaşına Rusiya ilə hər hansı bir sövdələşməsinə imkanı məhdudlaşdlrmışdı.

Avqustun 18-də Vaşinqtonda planlaşdırılan təkbə-tək Zelenski - Tramp, ardınca Avropa liderlərinin iştirakı ilə davam edəcək görüşün Trampın planlarına uyğun yekunlaşması inandırıcı deyil. Bir müddət sonra ehtimal edilən Tramp - Putin - Zelenski görüşündən müəyyən nəticələrə az da olsa ümid var. Ancaq, Putinin atəşkəs deyil, ancaq şərtləri daxilində sülh razılaşması, Ukrayna atəşkəs və sonra danışıqlar tələbi yekun razılaşmanı mümkünsüz edir. Əslində isə, Putinin Zelenski ilə danışıqlar masına oturacağı da inandırıcı deyil. Oturacağı təqdirdə belə, Putinin Zelenskiyə şəxsi nifrət və kini danışıqlarda Putinin heç bir tələbindən geri çəkiləcəyinə əminlik yaradır. 

Alyaska görüşü, Rusiya-Ukrayna müharibəsi üzərində qurulsa da, Putin onu formatdan çıxararaq Rusiya-ABŞ münasibətlərinin tənzimlənməsi üçün meydana çevirdi. Şübhə etmirəm ki, görüşdə əsas müzakirə mövzularından, bir müddət əvvəl, ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş Zəngəzur dəhlizi (Trump yolu) ilə bağlı razılaşma və eyni zamanda sülh müqaviləsinin paraflanması idi.

ABŞ rəsmi İrəvanın razılığı ilə Ermənistana, Cənubi Qafqaza daxil olur. istisna deyil ki, Putin Donald Trumpa Zəngəzur dəhlizi müqabilində Ukraynaya müdaxilədən çəkinməyi təklif etmiş olsun. Bu məna da, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşmasına Rusiyanın ehtiyatlı və  neytral mövqedən çıxış etməsi də buna işarədir.

Rusiya - Ermənistan münasibətləri isə göründüyündən də gərgindir. Zəngəzur dəhlizi ilə bağlı Putin - Tramp arasında Alyaskada müəyyən razılaşma əldə olunsa belə, Rusiya Paşinyanı devirmək planından geri çəkilməyəcək. Məsələ burasındadır ki, Rusiyanın Ermənistana hakimiyətə gətirə biləcəyi real fiquru da yoxdur. Həm də, İrəvanda Paşinyan hakimiyyətinə sadiq güc strukturları və ABŞ hərbiçiləri var. Silahlı çevriliş variant isə, Rusiyanın Ermənistandan tamamilə çıxması riskini artırır. 

Azərbaycan - Rusiya münasibətlərinə gəldikdə isə Rusiyanın Azərbaycana əhəmiyyətli təsir imkanları qalmayıb. Azərbaycanda Rusiya yönümlü qüvvələr - "beşinci kolon" tamamilə neytrallaşdırılıb, xüsusi xidmət orqanlarının fəaliyyəti nəzarətə götürülüb. Azərbaycanın Türkiyə vasitəsilə Qərbə inteqrasiyası daha da güclənib. Azərbaycan milli və strateji maraqlarının təmininə əlavə güclü oyunçuları də cəlb edə bilib.

Artıq, Azərbaycan - Rusiya münasibətləri dostluq kontekstindən çıxaraq praktik əməkdaşlıq formatına keçir. Bu halda da, Rusiya, Qafqazın söz sahibi kimi qəbul edilmiş Azərbaycanı sonadək itirmək niyyətində deyil. Bu həm Türkiyəni itirmək deməkdir. Azərbaycan, Rusiyanın mane ola biləcək məsələlərin həllinə nail olub və artıq Rusiya ilə münasibətlərin normallaşması nəzərdən keçirilə bilər. Yaxın zamanlarda Rusiya - Azərbaycan münasibətlərində müəyyən istiləşmə mümkündür, ancaq praktik əməkdaşlıq formatında".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
57
50
olaylar.az

10Источники