RU

İsrail xalqı küçələrə çıxdı: Netanyahunun qərargahı qarşısında qarşıdurma

İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının qərargahı qarşısına toplaşan minlərlə etirazçı ilə polis arasında toqquşma baş verib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti məlumat yayıb.

Bildirilib ki, minlərlə etirazçı polisin xəbərdarlığına baxmayaraq "Girovlar Meydanı"ndan “Qala Zeev” kimi tanınan Likud qərargahına doğru yürüyüş edib.

“Calcalist” qəzeti polisin etirazçıların binaya çatmasına mane olmağa çalışdığı zaman qarşıdurmaların baş verdiyini yazıb.

"Kanal 12" televiziyasının məlumatına görə, etirazçılar partiya qərargahının yaxınlığındakı “King George” küçəsində təkər yandırıblar və polis ən azı 4 nəfəri saxlayıb. Bildirilib ki, dünən səhər saatlarından etibarən ölkə daxilində saxlanınanların sayı 27-yə çatıb. Həmçinin HƏMAS-ın saxladığı əsirlər azad edilənə qədər etiraz və nümayişlərin davam edəcəyi qeyd edilib.

Избранный
77
50
publika.az

10Источники