RU

Trampdan ABŞ mediasına sərt tənqid: "Putinə uduzmadım, xəstəsiniz"

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçirilən görüşdən sonra ölkə mediasını saxta xəbərlər yaymaqda ittiham edib. Prezident bu barədə özünün Truth Social hesabında yazıb.

Olaylar.az bildirib ki, görüşü "ABŞ prezidentinin böyük məğlubiyyəti" kimi təqdim edən jurnalistlər həqiqəti təhrif edirlər:

"Feyk nyuz artıq üç gündür iddia edir ki, mən guya böyük məğlubiyyətə uğramışam və guya Putinə ABŞ-da böyük sammit keçirməyə icazə vermişəm. Halbuki Putin bundan daha çox başqa yerdə görüşmək istəyirdi. Bunu media da yaxşı bilir. Əgər sammiti başqa yerdə keçirsəydik, o zaman da eyni media bunun 'dəhşətli qərar' olduğunu deyəcəkdi. Bu insanlar xəstədir", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, Tramp və Putinin görüşü ətrafında ABŞ mediasında geniş müzakirələr gedir. Demokrat yönümlü mətbuat bu sammiti Vaşinqtonun Moskva qarşısında geri çəkilməsi kimi təqdim edir. Prezident isə bunun əksini deyərək, görüşün ABŞ üçün uğurlu keçdiyini iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
73
50
olaylar.az

10Источники