RU

Rusiya bizdən nə istəyir?

Bu yazıma ad qoymaq üçün bir xeyli fikirləşdim. Amma sözün düzü qısa və lakonik ifadə tapmaqda haqlı olaraq çətinlik çəkdim. Odur ki, ilk sətirlərdə cavab axtarmağa çalışdığım suala elə halallıq verib, onu həm də yazının adı  kimi təqdim etdim. Bəli, həqiqətən Rusiya bizdən nə istəyir? Sual ilk baxışdan sadə təsir bağışlaya bilər. Amma həqiqətən cavabı tapmaq çox çətindir. Bizdə belə bir misal var. Uzaq qohumdan yaxın qonşu yaxşıdır. Amma bizim qonşu sarıdan bəxtimiz gətirməyib. Biz heç nəyi unutmamışıq. Sovet adı altında guya asayişi qorumaq adı ilə Bakıya və digər şəhərlərimizə girərək dinc insanları güllə-boran edənləri də, Xocalıda qırğın törədənləri də. Təyyarəmizi vuranları da. İnterval böyük deyil, sadalasaq yəqin ki, sətirlərə sığmaz. Bütün bunlar 300 ildən artıq zaman kəsiyində baş vermiş xəstə imperialist siyasətin təzahürləridir. Yəni həqiqətən siyahı uzundur.  İmperialist yanaşma guya “böyük” olmaq, bu “böyüklükdə” başqalarını əzmək, idarə etmək düşüncəsidir. Ümumilli Lider Heydər Əliyevin müdrik kəlamı var – “Biz müstəqilik, biz azadıq, biz heç kimdən asılı deyilik”. Son 34 ilə boylansaq ölkəmizin hansı təlatümlərdən keçdiyinin şahidi ola bilərik. Tarixin istənilən mərhələlərində ağır məşəqqətlərə baxmayaraq biz – Azərbaycan xalqı olaraq öz simamımızı qoruyub saxlaya bildik. Mən Ordubadda doğulub boya-başa çatsamda, gənclik illərimdə Bakının mərkəzində yaşamışam. O zamanlar Bakı elə indiki kimi çoxlu millətlərin yaşadığı şəhər idi. Və tam səmimi deyirəm ki, bəzən kimin hansı millətə mənsub olması heç yadımıza belə düşmürdü. Bakının – Azərbaycanın xəzinəsində olanlardan biri elə tolerantlıqdır. Biz heç kəsə fərq qoymamış, özümüzü kimdənsə üstün saymamışıq, sevincimiz də, kədərimiz də bir olub. Millətlərarası məsələ Azərbaycanda tarixən olmayıb. Biz lazım olanda səhvimizi dərhal etiraf edib. Üzr istəməyi bacarmışıq. Üzrxahlıq yüksək alicənablıq nümunəsidir. Bəs son dövrdə baş verənlər nədən xəbər verir?  Onu da deyim ki, Rusiyanın media qurumları, yaxud fərdləri Azərbaycana qarşı kampaniyada hər zaman uduzublar, bu gün də uduzmaqda davam edirlər.  

Azərbaycan Hava Yollarına məxsus təyyarə ötən il dekabrın 25-də Rusiya səmasında vuruldu. Əlbəttə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin söylədiyi kimi ola bilsin ki. təyyarənin qəsdən vurulmayıb. Amma səkkiz aya yaxın bir müddətin keçməsinə baxmayaraq hələ də qonşumuz susur. Əlbəttə bu susqunluq öncə qeyd etdiyim imperialist düşüncənin nəticəsidir. Deməli imperialist alicənab ola bilməz. Əslində istənilən müttəfiq öz imzasına hörmətlə yanaşmağı bacarmalı, üzərinə götürdüyü öhdəliklərə qeyd-şərtsiz əməl etməlidir. Digər tərəfdən gəlin etiraf edək ki, Rusiya çoxdan beynəlxalq hüquqa üz çervirib. Bütün ali dəyərləri özünün mənasız, xəstə imoerialist-şovinist düşüncəsinə qurban verib.     

Bu ilin iyun ayında Yekaterinburqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması, iki nəfərin öldürülməsi, daha sonra isə müxtəlif şəhərlərdə yaşayan digər soydaşlarımıza qarşı milli diskriminasiyanın həyata keçirilməsini qonşumuz nə ilə izah edə bilər? Axı Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Azərbaycan Çindən Avropaya qədər uzanan coğrafiyada əsas birləşdirici ölkə, Avropanın etibarlı enerji təhcizatçısı, dünyanın əksər regionları ilə münasibətlərə malik olan, ən əsası bütöv və suveren dövlətdir. Biz sizdən fərqli olaraq qonşularımıza qarşı daim mülayim və xoş rəftarımızla seçilmişik. İsrailin və Amerika Birləşmiş Ştatlarının İranı bombaladığı günləri yadınıza salın. Yaxın keçmişdir. O zaman Azərbaycan sərhədlərini açaraq İran ərazisində olan bütün əcnəbi vətəndaşların, o cümlədən Rusiya vətəndaşlarının təhlükəsiz şəraitdə keçidini təmin etmişdi. Biz Rusiyaya onları tam təhlükəsiz şəraitdə təhvil verdik, Rusiya isə yenə də tabutlar göndərdi. Bu gün Rusiya telekanallarında, müxtəlif platformalarda Azərbaycanın əleyhinə səslənən hədə-qorxular, əsassız iddialar, şovinist əhval-ruhiyyəli ismarıclar 300 ildir davam edən imperialist-şovinist siyasətin davamıdır. Ukraynada aparılan amansız müharibə, dinc sakinlərin qətlə yetirilməsi, əsirlərlə qəddar davranış bütün dünyanın gözü qarşısında baş verir. Yadımdadır, BMT-nin iclası keçiriləndə Rusiya Xarici İşlər naziri Serqey Lavrov əksər ölkələrin hava məkanlarının bağlı olması səbəbindən iclasa onlayn formatda qatılmışdı. Lavrov çıxış etməyə başladığı zaman isə zalda olan bütün diplomatlar dərhal zalı tərk etmişdilər. Elə o vaxtdan Rusiya təcrüid vəziyyətindədir. Heç bir əsas olmadan Ukraynada apardığı dəhşətli müharibəyə, hərbi cinayətlərə görə Rusiya dünyanın həm siyasi, həm də iqtisadi proseslərindən kənardadır. Rusiya təkdir, amma bu Allahın təkliyi yox, bəşəriyyət üzərində Allahlıq iddiasında olan şeytanın təkliyidir. Əbədi məhvə məhkum olan təklik. İndi rus imperializmi, şovinizmi sözün hər mənasında uduzub, Rusiya-Ukrayna müharibəsi gec ya tez bitəcək, amma Rusiyanın qonşularına qarşı bədnam imici dəyişilməz qalacaq. Məsuliyyətijndə Ukraynada öldürdüyü günahsız insanların qanı var. Səmada vurulmuş Azərbaycan təyyarəsinin qəlpə izləri, amansılğa məruz qalmış, öldürülmüş soydaşlarımız var. Prezident İlham Əliyev nümatiş etdirdi ki, Azərbaycanla danışıq tonu bundan sonra xüsusi seçilməli, veriləcək təkliflər belə dəqiq şəkildə nəzərdə keçirilməlidir. Bəli, hər şey ölçülüb-biçilməlidir. Axı biz indi başqa, güclü Azərbaycanda yaşayırıq. Biz özümüz öz müqəddıratımızı təyin edirik. Biz Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdəyik. Rusiya Azərbaycan, ümumilikdə isə Cənubi Qafqazda əzələ nümayiş etdirməyə çalışsa da, bütün cəhdlər faydasızdır. Qonşumuz unutmamalıdır ki, torpağın üzərinə düşmüş hər qan damlasının belə məsuliyyətini daşımağa məcburdur. Şimal qonşumuz məsuliyyətdən yayınsa belə, tarixin mühakiməsi ədalətli və qaçılmazdır. Cənubi Qafqaza imperialist yanaşmanız iflasa uğrayıb. Region sülh və sabitlik dövrünə qədəm qoyur, bu qədər sadə və lakonik. ‘’Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır’’ ifadəsi bu vəziyyətdə özünü qətiyyən doğrultmur. Hətta bu məqamda bir ifadəni də xatırlamaq yerinə düşər –‘’Yaxın qonşu dar günün dayağı, xoş günün bəzəyi olmalıdır’’. Oxuduğum kitablardan yadımada qalıb. Amma şimal qonşumuz nə dar günün dayağı və xoş günün bəzəyi oldu. Hər şey əksinə oldu.  

Və təbii ki, Amerika Birləşmiş Ştatları bizə qohum olan ölkə deyil, bizi yeni qitə ilə minlərlə kilometrlər, saat qurşaqları ayırır. Amma unutmayaq Amerika Birləşmiş Ştatları qaliblərlə onların layiq olduqları ali səviyyədə danışmağı çox yaxşı bacarır və bu həqiq dialoqdur. Həm də unutmayaq ki, ABŞ patriotlar ölkəsidir,  o, ölkəsindən kənarda olan patriotlara hörmət və ehtiramla yanaşa bilir. 

Səkkiz rəqəminin dərin fəlsəfi mənası var. Dövlət Müstəqilliyimizin elan edilməsində, onun bərpasında, Böyük Zəfərimizdə də 8 rəqəmi var. 8 həm də Cənubi Qafqazın yenidən doğuluşunun rəmzidir. 8 başlanğıc və ədəbiyyətdir. Ağ Evdə keçirilən 8 avqust görüşü barədə dünya danışır. Əslində dünya Azərbaycana, Prezident İlham Əliyevin yüksək zəkasına, müdrik diplomatiyasına həsəd aparır. Əslində 8 avqust beynəlxlaq münasibətlər sistemində hər mənada kəşf idi. Dünya xəritəsinə nəzər salaq, Azərbaycan hər hansı kənar müdaxilə olmadan özü Qarabağ problemini həll etdi. O işğal illərində beynimizdə bədnam kultlar var idi ha, az qala Azərbaycan dilinin lüğət tərkibinə daxil ediləcəkdi – ATƏT-in Minks qupu, 907-ci düzəliş – hamısı travma idi. İndi onların heç bir yoxdur. Tarixin zibilliyinə göndərilmiş Leninin kitabları kimi orada çürüyürlər. İndi bütöv Azərbaycan var. İndi sülh və sabitliyin bir addımlığında olan Cənubi Qafqaz var. Odur ki, şimal qonşumuz – Rusiya Federasiyası sadəcə bir anlıq düşünməlidir. Ən azı buna cəhd etməlidir. Şimal küləyi daha iliklərimizə işləyə bilməz. Beyinlərdə, şüurlarda nifrətlə xatırlanan SSRİ-nin üst geyimində xatırlamaq sadəcə xəstə təfəkkürün son çırpınları ola bilər. Amma sağalmaq heç vaxt gec deyil, təki xəstəlik sağalmaz olmasın.  

Turəxanım Qasımova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü      

 

Избранный
38
50
adalet.az

10Источники