RU

Putinin son planını açıqladı: Müharibəni bitirmək istəyir

BAKI, 18 avqust. TELEQRAF

“Rusiya diktatoru Vladimir Putin müharibəni (müvəqqəti) dayandırmaq üçün danışıqlar aparır, əslində, ona cəbhədə aqressiv planlarını həyata keçirmək üçün daha çox vaxt lazımdır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə döyüşməkdən başqa yolu yoxdur.

“Başqa seçimimiz yoxdur, öz torpağımızı müdafiə etməliyik. Putin vaxt qazanmaq və daha çox ərazi ələ keçirmək istəyir. Ciddi itkilərə baxmayaraq, bu məqsədlərindən əl çəkmir, hər kilometr və hər mövqe ələ keçirmək ona çoxsaylı ölü və yaralı bahasına başa gəlir. Statistikalar bunu göstərir”, - Sırski bildirib.

Ukrayna ordusunun Ali Baş Komandan əlavə edib ki, Rusiyanın hücumunun tempi xeyli aşağı düşüb, itkilərin səviyyəsi çox yüksəkdir: “Amma ruslar inadla qarşılarına qoyduğu məqsədlərə çatmağa çalışırlar”.

Избранный
57
50
teleqraf.com

10Источники